O, Apokalipsisə hazırlaşır O, Apokalipsisə hazırlaşır

Siçovul yeyən qadın - APOKALIPSIS

O, Apokalipsisə hazırlaşır



Amerikalı rəssam Laura Jin əhalini Apokalipsisə hazırlayan proqram üzərində işləyir. İl yarım ərzində Bruklin sakini özünə taxtadan ev tikib, təbiətdə vəhşi heyvanları tutaraq onlarla qidalanıb. Lauranın gündəlik rasionunu siçovuldan hazırlanmış "xörəklər" təşkil edir.

Bu qəribə eksperimentin bitməsinə 1 ay qalmış rəssam qadın "KickStarter" adlı videogörüntülər yayıb. Bu rolikdə Laura bütün dünyaya Apokalipsisə necə hazırlaşmağın "sirlərini" öyrədir. Lent yazısında xanımın siçovul yeməsi, onların dərisindən hazırlanmış geyimlər və s. nümayiş etdirilir.

Dünyanın sonuna hazirlaşan qadının bu "dəli" layihəsini 64 insan dəstəkləyib. Layihə üçün ayrılmış 2015 dollara Laura söz verdiyi kimi banket təşikil edib.

Qonaqlara vəhşi heyvanların dərisindən hazırlanmış mebeldə oturmaq və Nyu-York siçovullarının ətindən hazırlanmış yeməklərdən dadmaq təklif olunub.

Laura qonaqlarını 200 yaxın gəmiricinin dərisindən hazırlanmış uzun libasda qarşılayıb. Master-klass keçirən qadın qonaqlara paltarın hazırlanma üsulunu göstərib və siçovulun dərisi və ətindən daha nələrin hazırlanması haqqında bilgilər verib.

Inci

AzNews.az