7 yaşlı azərbaycanlı qıza görə etiraz aksiyası keçirildi - Almaniyada

Almaniyanın Nyuköln əyalətinin orta məktəbinin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı Aylanın ailəsinin deportasiya edilməsinə qarşı etiraz aksiyası keçiriblər.


Şagirdlər əllərində "Aylanın ailəsi qalmalıdır" yazılı plakatlar tutublar.

Almaniya miqrasiya orqanlarının qərarına görə, Aylanın ailəsi martın 24-də deportasiya edilməlidir. Azərbaycanlı ailə Almaniyaya 16 il əvvəl köçüb. Orada ailənin 3 övladı dünyaya qəlib lakin ailənin yaşayış icazəsi olmadığından uşaqların sənədləri ilə problemlər var.

7 yaşlı Aylanın məktəbin ən qabaqcıl şagirdi olduğundan onun Almaniyada qalması məktəb rəhbərliyi üçün prinsipial məsələyə çevrilib. Məktəbin direktoru artıq qızcığazın ailəsinə kömək etmək xahişi ilə Almaniya kansleri Angela Merkelə müraciət edib.

Son zamanlar yerli əhalinin dövlətin miqrasiya siyasətinə neqativ yanaşdığı nəzərə alan Merkel artıq miqrantara qarşı münasibətini yumşaldıb. Bu ilin yanvarında xanım merkel bəyan edib ki, İraq və Suriyadan Almaniyaya gələn miqrantlar münaqişənin bitməsindən sonra vətənlərinə dönə bilərlər. Daha əvvə isə kansler qaçqınların ölkədə demoqrafik vəziyyəti yaxşılığa doğru dəyişəcəyini bəyan etmişdi.

ans press