London fond birjası LSE və onun Frankfurtdakı rəqibi Deutsche Boerse birjası birləşmə barədə razılığa gəliblər. London fond birjası LSE və onun Frankfurtdakı rəqibi Deutsche Boerse birjası birləşmə barədə razılığa gəliblər.

Dünyanın iki böyük birjası birləşir

London fond birjası LSE və onun Frankfurtdakı rəqibi Deutsche Boerse birjası birləşmə barədə razılığa gəliblər.


AzNews.az
BBC-ə istinadən xəbər verir ki, bu iki qurumun birləşməsi nəticəsində dəyəri təxminən 30 milyard dollara çatacaq dünyanın ən iri birjalarından biri yaranacaq.

Birləşməyə hazırlaşan hər iki birjanın nümayəndələri sövdələşmə nəticəsində hər il orta hesabla 500 milyon dollara qənaət ediləcəyini bildirirlər.

Bundan əvvəl verilən xəbərlərə əsasən, birləşmə nəticəsində alman birjasının səhmdarları nəzarət paketinin 54,4 faizinə, LSE səhmdarları isə - 45,6 faizinə sahib olacaqlar.

Sövdələşmə bağlamış hər iki tərəfdaşın güman etdiyinə görə, birləşmə onlara ABŞ və Hong Kong birjaları ilə layiqincə rəqabət aparmaq imkanı verəcək.