Brüssel aeroportu ayın 25-dək işləməyəcək

Brüssel beynəlxalq aeroportu mart ayının 25-ə kimi qapalı olacaq.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hava limanının administrasiyası da məlumatı təsdiqləyib.

Administrasiyadan bildirilib ki, martın 25-dək Brüssel beynəlxalq aeroportu bağlı qalacaq.

Xatırladaq ki, Brüssel şəhərində yerləşən Zaventem hava limanında baş verən 2 partlayışdan və metroda baş verən partlayışda ümumilikdə ölənlərin sayı 34, yaralananların sayı isə 230 nəfərə çatıb.