Molla rejiminin “ədaləti“ - EKSKLÜZIV

Fərdin Muradpuru döyən ETTELAAT-çı azadlığa buraxıldı


"Aznews.az"-a Güney Azərbaycandan verilən məlumatda deyilir ki, Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan fəallardan olan Fərdin Muradpur bir müddət əvvəl Təbrizdə İran İslam Respublikasının təhlükəsizlik qüvvələrindən olan ETTELAAT tərəfindən həbs edilərək həbsxanaya salınmışdı.

Verilən məlumatda vurğulanır ki, F.Muradpur ETTELAAT həbsxanasında Rzazadə adlı ETTELAAT üzvü tərəfindən ağır işgəncələrə məruz qalmaqla yanaşı, eyni zamanda möhkəm fiziki təyziqlərlə üzləşib. Güney Azərbaycan fəalları və F.Muradpurun vəkili hadisəni bildikdən sonra rəsmi orqanlara bu haqda məlumat veriblər və ETTELAAT üzvü həbs edilib.

Amma Təbriz Məhkəməsinin 11-ci şöbəsi ETTELAAT üzvünün həbsdə saxlanılması ilə bağlı qərarı ləğv edib və Rzazadəni azadlığa buraxıb. Güney Azərbaycandan verilən məlumata görə, Fərdin Muradpur məhkəmənin verdiyi qərara etiraz olaraq 10 gün içərisində apellyasiya şikayəti verəcək.

İnci

AzNews.az