İrəvandakı partlayışla bağlı yeni - Təfərrüatlar

Ötən gün Ermənistanın paytaxtı İrəvanda baş verən partlayışla bağlı yeni təfərrüatlar məlum olub.


İrəvanadakı partlayış şəxsi motivdə törədilib. Ölkənin İstintaq Komitəsinin nümayəndəsi Sona Truzyan deyib ki, ailəsi ilə dalaşan şəxs partlayışı törətməklə yaxınlarını öldürmək istəyib.

Partladılan avtobusun yaxınlığından tapılan cib telefonu kartının əvvəllər iki dəfə məhkum olunmuş Ermənistan vətəndaşına məxsus olduğu məlum olub.

İstintaq sirri olduğu üçün həmin şəxsin adı açıqlanmayıb. Onun yaşadığı mənzildə axtarış aparılıb. Evdən partlayıcı maddə olan "trotil", detonator və müxtəlif elektron avadanlıqlar götürülüb.

Qeyd edək ki, ötən gün İrəvanda avtobusun partlaması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Azvision.az