Alimlər “dünyanın sonu”nu təxirə saldılar - VIDEO

Meksika Milli Universitetinin alimləri bəyan ediblər ki, mayaların 2012-ci ilin dünyanın sonu olması ilə bağlı heç bir proqnozları yoxdu. Qədim hindular təqvimi yalnız 21 dekabradək tərtiq ediblər. Lakin bu o demək deyil ki, bu tarixdən sonra dünyanın sonu olacaq.

"Mayaların yazılarını bilənlər özləri baxıb görə bilərlər ki, orada dünyanın sonu ilə bağlı bir kəlmə də olsun söz yazılmayıb. Bu şayiələri yayanlar elmdən uzaq, öz xeyirlərini güdən insanlardı. Maya təqvimi qədim sivilizasiyanın axıradək dərk olunmayan bir möcüzəsidir. Lakin orada dünyanın sonuna işarə edəcək heçnə yoxdu" – alimlər deyir.



İnci
AzNews.az