- Köhnə - Dünya
- 20 Noyabr 2012 07:57
- 2 066
Fransa Əfqanıstan missiyasını dayandırdı

2014-cü ildə isə NATO Əfqanıstandan çıxacaq
Bu gün Fransa Əfqanıstandakı missiyasını dayandırıb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa qoşunlarının son hissəsi Kabilin şimal-şərq tərəfindən çıxarılıb.
Rəsmi Paris bildirib ki, Fransa əsgərləri gələn ay ölkəni tərk edəcəklər. Əfqanıstanda yalnız 1500 fransız əsgəri qalacaq ki, onlar da əfqan hərbiçilərinin hazırlığı ilə məşğul olacaq. 2014-cü ildə isə, NATO tamamilə Əfqanıstandan çıxacaq.
Qeyd edək ki, Fransa əfqanıstandakı NATO əməliyyatlarına 2001-ci ildə qoşulmuşdu.
Sadiq Musa
AzNews.az