Məqsəd Rusiya vətəndaşlarının evakuasiya edilməsidir Məqsəd Rusiya vətəndaşlarının evakuasiya edilməsidir

Rusiya Qəzzaya hərbi gəmilər göndərdi

Məqsəd Rusiya vətəndaşlarının evakuasiya edilməsidir



Rusiya Qəzza sektoruna hərbi gəmilər göndərib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatı hərbi dəniz qüvvələrindən də təsdiqləyiblər.

Verilən məlumata görə, gəmilərin göndərilməsində əsas məqsəd İsrail-Fələstin münaqişəsinin genişlənəcəyi təqdirdə Rusiya vətəndaşlarının evakuasiya edilməsidir.

Bununla belə, ekspertlər gəmilərin sırf hərbi təyinatlı olmasını əsas gətirərək, onların evakuasiyası məqsədi ilə göndərilməsinə şübhə ilə yanaşırlar.

Hesab edilir ki, Rusiya vəziyyətdən istifadə edərək əraziyə hərbi qüvvə yeridir və həmin gəmilərdə yerləşdirilən radiolokasiya sistemləri ilə ərazini nəzarətdə saxlayır.

Sadiq Musa
AzNews.az