İranda sərnişin avtobusu qəzaya uğrayıb. İranda sərnişin avtobusu qəzaya uğrayıb.

İranda sərnişin avtobusu aşdı - 16 ölü, 12 yaralı

İranda sərnişin avtobusu qəzaya uğrayıb.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Tehranın şimalında Kərəc-Çalus avtomobil yolunda baş verib.

İlkin ehtimallara görə, avtobus yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Hadisə nəticəsində 16 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Kərəc-Çalus avtomobil yolu turistlər arasında çox məşhurdur. Belə ki, turistlər bu yolla ölkənin şimalındakı görməli yerlərə gedir. Lakin yer xüsusi quruluşuna görə olduqca təhlükəli hesab olunur.

Aydan AXUNDOVA