- Köhnə - Dünya
- 30 Avqust 2016 20:25
- 3 228
Türkiyə ordusu və kürd silahlı birləşmələri razılığı gəldilər
Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.
Bu barədə "Frans-Press" agentliyinə Pentaqonun sözçüsü məlumat verib.
"Tərəflər arasında atəşkəs elan olunması və bütün qüvvələrin İŞİD-lə mübarizəyə səfərbər edilməsi barədə razılığa dair təsdiqlənmiş məlumat almışıq. Bu müvəqqəti, bir neçə günlük razılıqdır. Lakin biz çox istərdik ki, bu atəşkəs daimi olsun", - deyə ABŞ hərbi nümayəndəsi bildirib.
Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.
Oxu.Az