Qadın koloniyasında panika yaşanır Qadın koloniyasında panika yaşanır

Məhbuslar dünyanın sonundan QORXUR

Qadın koloniyasında panika yaşanır



Qadın islah-əmək koloniyasında cəza çəkən zəif cinsin nümayəndələri dünyanın sonu ilə bağlı təşvişə düşüblər. Müəssisədə cəza çəkənlərin əksəriyyəti psixoz vəziyyətindədir. Təlaş içərisində olan qadınları sakitləşdirmək üçün onlarla din xadimləri söhbət edib. Görüş zamanı qadınları maraqlandıran suallara cavab verilib.

Qeyd edək ki, Primoryenin rəhbər şəxsləri bu olayın digər cəzacəkmə müəssisələrində də təkrarlanmasından ehtiyatlanırlar. Din xadimlərindən birinin sözlərinə görə, panika türmədə artıq ikinci dəfədir ki, yaşanır. Birinci dəfə cəzacəkmə müəssisəsinin işçiləri qadın məhbuslarla şöhbət apararaq onları sakitləşdirə biliblər. İkinci hadisə zamanı isə din xadimlərinə ehtiyac duyulub.

Hər şey epilepsiyadan əziyyət çəkən qadının qorxusundan başlayıb. Adam öldürməkdə suçlanan bu qadın bütün gecələri göz yaşları içərisində keçirir. Onun təlaş və qorxusu digər məhbuslara da təsirsiz ötüşməyib.

İnci
AzNews.az