Roma Papası Fransisik yeni 17 kardinal təyin edib. Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.

Roma Papası yeni 17 kardinal təyin etdi

Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.


"Report" BBC-yə istinadən xəbər verir ki, onların 13-nün yaşı 80-dən az, 4-kü isə çoxdur.

Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir.

Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar.

Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.

AzNews.az