Rusiya Prezidenti Vladimr Putin Suriya ərazisində atəşkəs elan etdi. Rusiya Prezidenti Vladimr Putin Suriya ərazisində atəşkəs elan etdi.

Rusiya Suriya üçün hazırlanmış sülh planını qəbul etdi

Rusiya Prezidenti Vladimr Putin Suriya ərazisində atəşkəs elan etdi.

AzNews.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, atəşkəs rejimi dekabr ayının 30-da gecə saat 00:00-dan etibarən qüvvədə olacaq.

Atəşkəs razılmasına 60 mindən çox silahlı qruplaşma qoşulub. Bu qruplaşmalar Suriyanın mərkəzində və şimalındakı böyük ərazilərə nəzarəti ələ keçiriblər.

Sülh planına “İŞİD”, “Cəbhat ən-Nusra” terror qruplaşmaları və onların koalisyaları qoşulmayıb.

“Sülh planının məqsədi siyasi danışıqlar üçün münasib zəmin yaratmaqdır.” – Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda belə deyilir.