Bu gün sosial mediada Akhe Maşrapov adlı qırğızın İstanbulda Reina terrorunu törətdiyi barədə məlumatlar yayılıb. Bu gün sosial mediada Akhe Maşrapov adlı qırğızın İstanbulda Reina terrorunu törətdiyi barədə məlumatlar yayılıb.

Sosial mediada günahlandırılan qırğız - İstanbul terrorunu mən törətməmişəm - Fotolar

Bu gün sosial mediada Akhe Maşrapov adlı qırğızın İstanbulda Reina terrorunu törətdiyi barədə məlumatlar yayılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, terrorçuya bənzədiyinə görə İstanbulda nəzarətə götürülüb. Bir saatlıq sorğudan sonra isə sərbəst buraxılıb.

Bu gün sosial şəbəkələrdə fotosu yayılan şəxsiyyət vəsiqəsinin sahibi isə sən demə, Bişkekdə yaşayır. O, bu gün İstanbuldan Bişkekə gəlib. Terrorçuya oxşadığına görə, onu Atatürk hava limanında saxlayıblar. Bir saat sonra isə üzrxahlıq edilərək azadlığa buraxılıb.

Həmin şəxs 2011-ci ildən Türkiyəyə ticarətə görə mütəmadi olaraq gedib-gəlir.