Mexiko assambleyası marixuadan istifadəyə rəsmi şəkildə icazə verdi. Mexiko assambleyası marixuadan istifadəyə rəsmi şəkildə icazə verdi.

Mexikoda marixuanadan istifadəyə icazə verildi

Mexiko assambleyası marixuadan istifadəyə rəsmi şəkildə icazə verdi.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, assambleyada 77 nəfər yeni qanuna müsbət, 5 nəfər mənfi cavab verib, 3 nəfərsə bitərəf qalıb. Marixuanadan terapevtik və tibbi məqsədlər üçün istifadə ediləcək.

Assambleyanın qərarına baxmayaraq, marixuanadan istifadəyə icazənin qüvvəyə minməsi, bu məsələdə ümumi qanunvericiliyin qəbuluna qədər təxirə salınır.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Meksika prezidenti Enrike Nyeto Mexikonun şəhər statusunun federal dairədən ştata çevrilməsi ilə bağlı qanun imzalayıb. Yeni qanuna görə, Mexiko şəhərinin öz konstitusiyası, mərkəzi hakimiyyətdən asılı olmadan maliyyə və vergi müstəqilliyi var.