ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke ilk dəfə iş yerinə kovboy paltarında at belində gəlib. ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke ilk dəfə iş yerinə kovboy paltarında at belində gəlib.

Yeni Daxili İşlər Naiziri işə kovboy paltarında, at belində getdi

ABŞ-ın yeni daxili işlər naziri Rayan Zinke ilk dəfə iş yerinə kovboy paltarında at belində gəlib.

AzNews.az xəbər verir ki, nazirin bu görkəmdə çəkilən şəkilləri “Twitter” sosial şəbəkəsində yerləşdirilib.

“ABŞ milli parklarında xidmət edən igid zabitlərlə yanaşı dayanmaq mənim üçün şərəfdir. Bu peşəkarlar bizim üçün öz həyatlarını qurban verməyə hazırdırlar. Bu səhər DİN-də səmimi qarşılanmaya görə minnətdarlığımı bildirirəm”, -deyə şəkilləri şərh edən Rayan bildirib.

The Hill yazır ki, bu addımı ilə Zinke təbiətin qorunmasına, xüsusilə də milli parkların mühafizəsinə sadiqliyini nümayiş etdirmək istəyib.