Mosul əməliyyatı: İlk dəfə kimyəvi silahdan istifadə olundu

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti İraqın Mosul şəhərində kimyəvi silahdan istifadə olunmasını kəskin pisləyib.

AzNews.az xəbər verir ki, Qırmızı Xaç Cəmiyyəti son iki gün ərzində xəstəxanaya müraciət edən 5 uşaq və iki qadının müayinəsindən sonra onların insan dərisinə təsir edən hansısa maddədən zərər gördüyü barədə məlumat yayıb.

BBC-nin məlumatına görə, kimyəvi hücumdan zərər görən insanların sayı 12 nəfərə çatıb. Ehtimal edilir ki, yandırıcı qazı (iprit) İŞİD terror qruplaşmasının üzvləri tətbiq ediblər. Bu İŞİD terror qruplaşmasının İraqda müharibənin başlamasından etibarən tətbiq etdiyi ilk kimyəvi silahdır.

Bu fəlakətdən 700 min insan əziyyət çəkir. Mosulun azad olunması əməliyyatı kürd, şiyə, ABŞ aviasiyasının dəstəyi ilə İraq ordusu tərəfindən 4 aydır ki, davam edir.