Seneqalın qərbində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Seneqalın qərbində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ağır yol qəzası - 12 ölü, 50 yaralı

Seneqalın qərbində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat verib.

“On nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aprılarkən yolda, bir nəfər isə xəstəxanada ölüb”, - deyə xəstəxanadan bildirilib.

Xilasedicilərin verdiyi məlumata görə, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

Şahidlər bildirib ki, avtobusun sürücüsü sükan arxasında yatdığından qəza baş verib.

AzNews.az