Pentaqon ABŞ Dəniz Piyada Qoşunlarında xidmət göstərən qadınların çılpaq şəkillərinin yayılması ilə bağlı araşdırma aparır. Pentaqon ABŞ Dəniz Piyada Qoşunlarında xidmət göstərən qadınların çılpaq şəkillərinin yayılması ilə bağlı araşdırma aparır.

ABŞ Dəniz Piyada Qoşunlarında xidmət göstərən qadınların çılpaq şəkilləri yayıldı

Pentaqon ABŞ Dəniz Piyada Qoşunlarında xidmət göstərən qadınların çılpaq şəkillərinin yayılması ilə bağlı araşdırma aparır.

AzNews.az “Fox News” telekanalına istinadən xəbər verir ki, şəkillər facebook sosial şəbəkəsində United Marines qrupunda dərc olunub. Qrupda Korpusda xidmət edən və vaxtilə xidmət keçmiş kişilər, sanitarlar, eləcə də Britaniya Kral Hərbi Donanmasının nümayəndələri üzvdür.

Artıq şəxsiyyəti müəyyən olunan hərbçi qadınlarla yanaşı, naməlum qadınların da şəkilləri dərc olunub. Şəkillərə ədəbsiz şərhlər yazılıb. ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin istintaq idarəsi hadisəni araşdırır.

Məlumata görə, şəkillər artıq sosial şəbəkədən silinib.

İstintaqa cəlb olunan hərbçilərin adları və sayları açıqlanmır. Lakin ən azı 1 nəfərin işdən azad olunduğu bildirilir.