- Köhnə - Dünya
- 21 Mart 2017 12:13
- 8 339
Tramp 9-cu dəfə baba olacaq
ABŞ prezidenti Donald Tramp 9-cu dəfə baba olacaq.
AzNews.az xəbər verir ki, bu barədə prezidentin 33 yaşlı oğlu Erik Tramp bildirib.
“Biz bu gözəl xəbəri mənim ad günümdə bildik”-deyə Erik qeyd edib. Cütluk doğulacaq uşağa hələ ad seçməyib.
“Bir neçə ad barədə fikirləşirik”- deyə onun həyat yoldaşı Lara bildirib. Erik isə zarafatla övladlarına ad seçdikərini deyib:
“Çarli adı bizim çox xoşumuza gəlir, amma biz o adı öz itimizə qoymuşuq”.