ABŞ-ın Corciya ştatında 13 yaşlı yeniyetmə “İnstagram” sosial şəbəkəsində canlı yayım etdiyi zaman özünü güllələyib. ABŞ-ın Corciya ştatında 13 yaşlı yeniyetmə “İnstagram” sosial şəbəkəsində canlı yayım etdiyi zaman özünü güllələyib.

13 yaşlı yeniyetmə özünü güllələdi- Canlı efirdə

ABŞ-ın Corciya ştatında 13 yaşlı yeniyetmə “İnstagram” sosial şəbəkəsində canlı yayım etdiyi zaman özünü güllələyib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı Malaçi Hemfill canlı yayımda öz izləyicilərinə silah nümayiş etdirmək istəyib. Anasının sözlərinə görə, ailə üzvləri silah səsini eşitdikdən sonra oğlanın otağına qaçıblar və Malaçini yerdə qan içində görüblər. Oğlan xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“İnstagram”da Malaçini izləyən 50 nəfər dərhal onun evinə qaçıb.

Hazırda hüquq-mühafizə orqanları 13 yaşlı yeniyetmənin silahı hansı yolla əldə etdiyini araşdırır. Anasının sözlərinə görə, Malaçi silahı öz dostundan, dostu isə tanımadığı bir şəxsdən əldə edib.