- Köhnə - Dünya
- 19 Aprel 2017 13:56
- 3 611
Qara dənizdə yük gəmisi batdı - 3 nəfər öldü + Yenilənib

Qara dənizdə yük gəmisinin batması nəticəsində 3 dənizçi ölüb.
AzNews.az ““RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, dənizçilərin meyiti Kerç boğazında tapılıb. Hadisə yerində xilasedicilər işləyir.
***
12:21
Qara dənizdə yük gəmisi batıb.
AzNews.az xarici KİV-lərə isitinadən xəbər verir ki, qəza zamanı gəminin göyərtəsində ümumilikdə 12 nəfər - iki rusiyalı, 9 ukraynalı və bir gürcüstanlı dənizçi olub. Hadisə nəticəsində 7 nəfər itkin düşüb. Yük gəmisinin Rostov vilayətindən Türkiyəyə taxıl apardığı bildirilir.