Məşhur modelyerin 14 milyonluq malikanəsini kirayələmək olar - Foto

Məşhur modelyer Karl Laqerfeldin əvəllər yaşadığı La Vigie adlı villası bir aylıq kirayələmək mümkündür.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 mərtəbəli villa Monte-Carlo çimərliyinə yaxın yerləşir. Malikanədən Monako knyazlığına, Aralıq dənizinə möhtəşəm mənzərə açılır.

Villa 6 yataq otağı, 5 hamam otağından ibarətdir. Karl Laqerfeld bu villanı 1986-cı ildə 14 milyon dollara alıb. Son dövrlər bu villa otel kimi işlədilib, həmçinin müxtəlif sərgilər keçirilib.

image description image description image description image description image description