- Köhnə - Dünya
- 6 May 2017 11:31
- 3 939
Mərkəzi Asiyada növbəti şiddətli zəlzələ - 8 bal
Zəlzələ evləri yararsız hala salıbı.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstan ilə Tacikstan sərhəddində rixter cədvəli ilə 8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu, 2 gün ərzində regionda baş vermiş 3-cü şiddətli zəlzələdir.
Qırğızıstanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu zəlzələnin paytaxt Bişkekdə 3 bal gücündə hiss edildiyini bildirib.
Zəlzələlər nəticəsində 319 evdə çatlar əmələ gəlib. Rəsmilər bu evləri yaşayışa yararsız evlər siyahısına daxil edib. Sakinlər müvəqqəti olaraq çadırlarda yaşamaq məcburiyyətində qalıblar.
İki gün əvvəl Qırğızıstanın Oş şəhərində rixter cədvəli ilə 5.9 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı.
Bəxtiyar Abbasov
AzNews.az