- Köhnə - Dünya
- 6 May 2017 16:01
- 9 361
Bu qanunu pozanlara cəza veriləcək - 6 aya qədər həbs, 75 min cərimə
Fransada həddindən çox arıq olan manikenlerin işləmələrini qadağan edən qanun qüvvəyə minib.
AzNews.az Xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi bu qanun layihəsinin qidalanmanın pozulması və “nail olunmayan gözəllik idealları” ilə mübarizə məqsədi daşıdığını bildirib.
Həkimlər manikenlərin boyuna, çəkisinə və vücuduna baxaraq onların həddindən artıq arıq olduqlarına qərar verəcək. Sağlam olmayan belə manikenləri işlədənləri 6 aya qədər həbs və 75 min avro cərimə gözləyir. Oktyabr ayının 1-dən etibarən manikenləri daha arıq göstərərən şəkillərə də qadağa qoyulacaq.
Daha əvvəl İtaliyada, İspaniyada və İsraildə də buna oxşar qanun qəbul edilib.
Fransada anoreksiyanın təbliği çox insanlara təsir edib.