Türkiyənin baş naziri Binəli Yıldırımın müşaviri Birol Erdem həbs olunub. Türkiyənin baş naziri Binəli Yıldırımın müşaviri Birol Erdem həbs olunub.

Baş nazirin müşaviri həbs edildi – Türkiyədə

Türkiyənin baş naziri Binəli Yıldırımın müşaviri Birol Erdem həbs olunub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şəxs paytaxt Ankarada saxlanılıb.

O, bir müddət əvvəl Türkiyədə dövlət çevrilişinə cəhd edən “FETÖ” qruplaşması ilə əlaqədə olmaqda ittiham olunur. Birol Erdemin xanımı Gülümsər Erdem də həbs olunub.

Birol Erdem Ədliyyə Nazirliyinin müşaviri vəzifəsində çalışıb.

Erdem ötən il “FETÖ” istintaqı ilə əlaqədar şahid olaraq ifadə verib. Lakin onun bu cür ifadə verməsi etirazlara səbəb olub. Çünki ifadə verənlərin əksəriyyəti Birol Erdemin adını hallandırırdı.

Bəxtiyar Abbasov

AzNews.az