Böyük Britaniyanın polisi ötən gecə Londonda baş verən terrorda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıb. Böyük Britaniyanın polisi ötən gecə Londonda baş verən terrorda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıb.

London terroruna görə 12 nəfər saxlanılıb

Böyük Britaniyanın polisi ötən gecə Londonda baş verən terrorda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıb.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hazırda terrorçuların birinin evində axtarış aparılır.

Xatırladaq ki, ötən gün Londonun mərkəzində, körpüdə terrorçular avtomobili piyadaların üzərinə sürüb, daha sonra Boro bazarının yaxınlığında bıçaqla insanlara xəsarət yetirməyə başlayıblar. Hadisə nəticəsində 7 nəfər ölüb, 50 nəfər yaxın isə müxtəlif dərəcəli xəsarət alıb.