Böyük Britaniya polisi Londonda dinc əhaliyə hücum edən 3 nəfərin kimliyini müəyyən edib. Böyük Britaniya polisi Londonda dinc əhaliyə hücum edən 3 nəfərin kimliyini müəyyən edib.

Londonda terror törədənlərin kimliyi məlum oldu

Böyük Britaniya polisi Londonda dinc əhaliyə hücum edən 3 nəfərin kimliyini müəyyən edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, polis istintaq əməliyyatı başa çatdıqdan sonra onların kimliyini açıqlayacağını bildirib.

Ötən gün axşam naməlum şəxs marketdə bir neçə nəfərə bıçaq zərbəsi endirib. Bundan başqa terrorçular avtomobili piyadaların üzərinə sürüblər. Hücumlar nəticəsində 7 nəfərin öldürüldüyü, 50 nəfərin yaralandığı bildirilir. Terrorçuları hadisə yerinə gələn polis zərərsizləşdirib.

Hadisə ilə əlaqədar 12 nəfər həbs edilib. Hücuma görə, İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Bəxtiyar Abbasov

AzNews.az