İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Səudiyyə Ərəbistanı bu gün Tehranda baş verən terror hücumunda iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Səudiyyə Ərəbistanı bu gün Tehranda baş verən terror hücumunda iştirak edib.

İran terror aktlarına görə Səudiyyə Ərəbistanının iştirakını bəyan edib - “Qisas alınacaq”

İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Səudiyyə Ərəbistanı bu gün Tehranda baş verən terror hücumunda iştirak edib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami bildirib:

“Bu terror aktı ABŞ prezidentinin Səudiyyə Ərəbistanı və digər ölkələrlə görüşündən bir həftə sonra baş verib. Onlar terrorçuları dəstəkləyirlər. İŞİD-in bu amansız hücumu öz üzərinə götürməsi də onların bu əməliyyatda iştirakını sübut edir. ”

Salami onu da bildirib ki, Tehrana edilən bu hücuma görə İran qisas alacaq.

Qeyd edək ki, bu gün Tehranda ardıcıl terror aktları törədilib. İran parlamenti, eyni zamanda, Ayətullah Xomeyni türbəsi də hücuma məruz qalıb. Nəticədə 12 nəfər ölüb, 42 nəfər yaralanıb.