- Köhnə - Dünya
- 19 İyun 2017 13:56
- 4 871
Körpə ömürlük bilet qazandı
Hindistana məxsus “Jet Airways” aviaşirkəti təyyarədə anadan olan körpəyə ömür boyu pulsuz səyahət etmək hüququ verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, körpə Səudiyyə Ərəbistanı Hindistan aviareysində dünyaya gəlib. Aviaşirkət rəhbərliyi təyyarədə birinci dəfədir ki, belə bir hadisə ilə qarşılaşdığını bildirib.
Təyyarənin ekipaj üzvləri ananın doğuş prosesinə kömək ediblər.
Məlumata görə, ana vaxtında əvvəl doğuş edib.
Bəxtiyar Abbasov
AzNews.az