Pakistanda uşaqlar terrora məruz qaldı - 6 uşaq öldü

Pakistanın şimal-qərbində uşaq oyuncağına bənzəyən partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 uşaq ölüb.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə Cənubi Vəziristanın kəndlərindən birində, Əfqanıstan sərhədi yaxınlığında baş verib.

Bomba-oyuncağın partlaması nəticəsində yaşı 12-ə qədər olan 6 uşaq həyatını itirib, 2 uşaq ağır yaralanıb.

AzNews.az