- Köhnə - Dünya
- 28 İyun 2017 10:52
- 3 470
Əlil sərnişini təyyarəyə sürünərək minməyə məcbur etdilər
Yaponiya Hava Yollarına məxsus bir şirkət yerimə qabiliyyətini itirmiş sərnişini təyyarəyə sürünərək minməyə məcbur edib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, yerimə qabiliyyətini itirmiş kişi Yaponiyanın cənubundakı Amami şəhərinə getmək üçün bilet alır. Hava limanına gələn əlil şəxs ona heç bir xüsusi köməyin göstərilməyəcəyini öyrənir. Səlahiyyətli şəxslər ona "yeriyə bilməyən təyyarəyə minə bilməz."-deyirlər. Onu hava limanına gətirən şəxsin köməkliyi ilə təyyarənin göyərtəsinə qalxan əlil şəxs həmin yolu qayıdan zaman daha dəhşətli mənzərə ilə qarşılaşıb.
Belə ki, hava limanından onu heç kimin qaldırmayacağını deyirlər. Gəzə bilməyən şəxs təyyarənin göyərtəsinə sürünərək qalxmağa məcbur olur.
Hadisənin mətbuatda işıqlandırılmasından sonra şirkət əlil şəxsdən rəsmi olaraq üzr istəyib.