ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.

Beynəlxalq koalisiyanın Suriyaya zərbələr endirdi- 50 dinc sakin öldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.

AzNews.az "report"a istinadən xəbər verir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər. ,

"SANA" agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar.