Yaponiyanın cənubundakı Kumamoto prefekturasının 10 mindən çox sakini “Nanmadol” tufanına görə, təxliyə barədə tövsiyə alıb. Yaponiyanın cənubundakı Kumamoto prefekturasının 10 mindən çox sakini “Nanmadol” tufanına görə, təxliyə barədə tövsiyə alıb.

“Nanmadol” tufanı dağıntılar törətdi

Yaponiyanın cənubundakı Kumamoto prefekturasının 10 mindən çox sakini “Nanmadol” tufanına görə, təxliyə barədə tövsiyə alıb.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, təcili təxliyə xəbərdarlığı alanlar arasında Aso kəndinin 700 nəfər sakini də var. Burada güclü torpaq sürüşməsi gözlənilir.

Təbii fəlakət dəmir yolunun və hava nəqliyyatının hərəkətində fasilələrə səbəb olub. Kuşu adasında 43 aviareys təxirə salınıb. Bərələrin hərəkəti də dayandırılıb.

Xatırladaq ki, “Nanamadol” tufanı bazar günü Okinava prefekturasının cənubunda əmələ gəlib və getdikcə qüvvətlənərək Yapon arxipelaqına doğru hərəkət edir. İyulun 4-də səhər tufan Naqsaki şəhəri tərəfdən Kyuşu adasına çatıb. Tufanın mərkəzində havanın təzyiqi 990 qektapaskal təşkil edir. Küləyin sürəti isə saniyədə 25-35 metrə bərabərdir.

Şərq istiqamətində hərəkət edən tufanın iyulun 5-də səhər Tokioya çatacağı gözlənilir.

AzNews.az