Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Avstriyada görüş keçirib. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Avstriyada görüş keçirib.

Lavrov və Nalbandyan Qarabağ nizamlanmasını müzakirə ediblər - Yenilənib

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Avstriyada görüş keçirib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, nazirlər ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində bir araya gəliblər.

Sergey Lavrovla Edvard Nalbandyan beynəlxalq və regional problemlərə toxunublar, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesini müzakirə ediblər.

Tərəflər Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

AzNews.az

***

15:18

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər. Trend-in məlumatına görə, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu gün Mauerbaxda ATƏT ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.

AzNews.az