- Köhnə - Dünya
- 11 İyul 2017 16:45
- 3 348
“TANAP-a alternativ yoxdur” - Prezident Administrasiyası
Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rəsmi Ankara üçün prioritetdir.
AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, rəsmi Ankara "Türk axını"nı da yüksək qiymətləndirir:
"Lakin TANAP-a alternativ yoxdur. TANAP gələcəkdə nəinki Azərbaycan qazının Türkiyə və Avropaya, eləcə də Yaxın Şərqdən qazın Avropaya nəql edilməsinə imkan verəcək".
AzNews.az