Prezident İlham Əliyev “Ən xoşniyyətli dünya lideri” adlandırldı

Gürcüstan vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevi "Ən xoşniyyətli dünya lideri" adlandırıblar.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Gürcüstanın nüfuzlu qəzeti "Həftəlik palitra" iyulun əvvəlində "Ən xoşniyyətli lider" mövzusunda soğru keçirib.

Sorğuda iştirak edən təxminən 500 respondent "Hansı liderin daha xoşniyyətli siyasətçi olduğunu düşünürsünüz?" sualına cavab verib.

Siyahıda ilk yerdə Gürcüstan vətəndaşlarının "Ən xoşniyyətli siyasətçi" adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyev yer alıb. Üçlüyə ABŞ Prezidenti Donald Tramp və Ukraynanın dövlət başçısı Petro Poroşenko da daxildir.

Gürcülər Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyi də ən xoşniyyətli dünya liderləri sırasında görürlər.

AzNews.az