- Köhnə - Dünya
- 12 İyul 2017 16:34
- 7 691
16,193 ton pomidor satışdan yığışdırıldı - Xəstəlik aşkarlanıb

Rusiyada Azərbaycana məxsus 16,193 ton pomidor satışdan yığışdırılıb.
Rusiya mətbuatının məlumatına görə, buna səbəb Azərbaycandan gətirilən pomidorlarda zərərverici — Cənubi Amerika güvəsinin aşkarlanması olub.
Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Kurqansk vilayəti üzrə idarəsi ərazidə bu pomidorların satışını qadağan edib.
Kənd Təsərrüaft Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AzNews.az-a verilən məlumata görə, sözü gedən qurum məsələdən xəbardardır. Qurumdan hazırda bununla bağlı araşdırmalar aparıldığını vurğulayıblar.
Bahar RÜSTƏMLİ
AzNews.az