Nişanlısını bakirəlik testindən keçməyə məcbur etdi - Qız üçüncüsünə razı olmayıb intihar etdi

Tacikistanda dəfələrlə bakirəlik testindən keçməyə məcbur edilən 18 yaşlı qız özünü öldürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Zəfər Pirov nişanlısı Rəcəbbi Xurşidi iki dəfə bu testdən keçməyə vadar edib.

Lakin Pirov hər iki testin nəticəsinə inanmayıb və 3-cü dəfə də testin təkrarlanmasını istəyib. Lakin Xurşid “ailəsinə artıq dözə bilməyəcəyəm” deyərək növbəti testə razılıq verməyib və intihar edib.

Qızın ailəsi bildirib ki, Pirov nişanlısı testdən keçməzsə, başqa qadınla evlənəcəyi sözləri ilə onu təhdid edib.

Qızın ailəsi məsələ ilə əlaqədar ölkə rəhbərliyinə müraciət edib.

Bəxtiyar Abbasov

AzNews.az