Nasizm ideologiyasının yaradıcısı Adolf Hitlerin qısa bığ saxlaması müxtəlif səbəblərlə izah olunur. Nasizm ideologiyasının yaradıcısı Adolf Hitlerin qısa bığ saxlaması müxtəlif səbəblərlə izah olunur.

Hitlerin bığı niyə qısa idi? – Sirrin üstü açıldı

Nasizm ideologiyasının yaradıcısı Adolf Hitlerin qısa bığ saxlaması müxtəlif səbəblərlə izah olunur.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nasist liderin qısa bığ saxlamasının əsl səbəbi məlum olub.

Araşdırmaçılar daha əvvəl hesab edirdilər ki, “diş fırçası” tipli qısa bığ həmin dövrün dəbinə uyğun idi. Lakin səbəb bu olmayıb.

Tarixçi Ştefan Ernstinq şəhər arxivi araşdırmaları zamanı müəyyən edib ki, Hitlerin daha əvvəl uzun şəvə kimi bığları olub. Lakin daha sonra hərbi hissədə əleyhqaz taxmasına mane olduğu üçün bığlarını kəsmək məcburiyyətində qalıb. Hadisə onun hərbi xidmət yoldaşı Aleksandr Morits Frayın dilindən şərh olunur. “Həmin dövrdə o, hündür görünürdü, çünki çox arıq idi. Gur bığları eybəcər ağzının üstünü örtürdü. Daha sonra o, bığlarını əleyhqazlara görə kəsmək məcburiyyətində qaldı” – deyə Fray qeyd edib.

Fray nasist ideologiyasına qarşı çıxan yazıçı olub. O, daha sonra təqiblərə məruz qaldığı üçün Almaniyanı tərk edib. Onun kitablarını mağaza və kitabxanalardan götürərək yandırıblar.

Bəxtiyar Abbasov

AzNews.az