- Köhnə - Dünya
- 20 Fevral 2013 19:30
- 3 169
Roma papası olmaq istədi, pedofil ittihamı ilə üzləşdi
Roma papası XVI Benedikin istefasından sonra mart ayında keçiriləcək seçkilərdə amerikalı kardinalın da namizədliyini verməsi qalmaqal yaradıb
Namizədliyini verən kardinal Mahoninin kilsədə baş verən pedofil hadisələrini (uşaqbazlıq) ört-basdır etməsinə dair iddialar ortaya atılıb.
Türkiyə mətbuatının yazdığına görə, iddialar əsasən ötən əsrin 80-ci illərində bəzi rahiblərin çox sayda uşağa cinsi istismar etməsi ilə bağlıdır. Kardinal Roqer Mahoni həmin rahiblər barədə məlumatları yetkili orqanlara xəbər verməməkdə ittiham edilir.
Amerikadan olan katoliqlər adı çəkilən kardinalın seçkidə iştirakını qətiyyətlə rədd ediblər. 50 minə yaxın üzvü olan "Catholics United" hərəkatı etirazını bildirərək kardinala müraciətlə "evində qal" çağırışını səsləndiriblər. "Washington Post" isə kardinalın indiyə qədər həbs edilməməsi üçün çox şanslı olduğunu vurğulayıb.
Kardinal ümumilikdə 129 pedofil hadisəsini gizlətməkdə ittiham edilir.
Qeyd edək ki, Amerika dünyada kilsələrdə uşaqların cinsi istismarına daha çox rast gəlinən ölkələr sırasında dayanır.
Elnarə Əlosmanqızı
AzNews.az