Rusiyada avtobus qatarla toqquşdu – 17 nəfər öldü

Rusiyanın Vladimir vilayətində avtobus sərnişin qatarı ilə toqquşub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfərin öldüyü bildirilir.

Qəza nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 2-si azyaşlıdır. Xəsarət alanlardan 5-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az