Ermənistan ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Ermənistan ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər.

Ermənistan ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər

Ermənistan ordusunda hökm sürən qanunsuzluqlardan təngə gələn hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Eyni zamanda, Ağdərə istiqamətində işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyanın və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.

Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri davam etdirilir.