ABŞ-da hazırlanmış hesabatda İŞİD sıralarında neçə rusiyalı döyüşçünün olduğu açıqlanıb ABŞ-da hazırlanmış hesabatda İŞİD sıralarında neçə rusiyalı döyüşçünün olduğu açıqlanıb

Rusiya ABŞ-da hazırlanmış hesabatın doğruluğuna şübhə edir

ABŞ-da hazırlanmış hesabatda İŞİD sıralarında neçə rusiyalı döyüşçünün olduğu açıqlanıb

AzNews.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ-ın konsaltinq şirkəti "Soufan Group" İŞİD sıralarında döyüşən xarici əsgərlərin sayını araşdırıb. Hesabat təşkilatın saytında dərc olunub.

"Xilafət xaricində: xarici terrorçular və onların qayıtması təhdidi" adlı sənəddə 3417 Rusiya vətəndaşının terrorçular tərəfində döyüşdüyü iddia edilir.

Kreml isə hesabatda təqdim olunmuş məlumatların etibarlılığına inanmır. Moskva hesab edir ki, hesabatın hazırlanmasında istifadə edilmiş qaynaqlar aydın deyil.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, İŞİD-ə qoşulmuş Rusiya vətəndaşlarının da cinayətkar olduqlarını və onların cəzalandırıldığını vurğulayıb.