Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib. Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib.

Rusiya Türkiyədən pomidor idxalına icazə verib

Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bu barədə qərar imzalayıb. Qərara əsasən Rusiya Kənd təsərrüfatı Nazirliyinin təsdiq etdiyi miqdarda Türkiyədən pomidor idxalına icazə verilir.


"2016-cı ilin yanvarın 1-dən Rusiyaya idxalına qadağa qoyulan Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin icazə verdiyi həcmdə idxalına icazə verilir", - deyə Rusiya hökumətinin saytında yerləşdirilən sənəddə qeyd olunub.

Qeyd edək, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak daha əvvəl 50 min ton pomidorun idxalının hər iki ölkənin müvafiq qurumları tərəfindən razılaşdırıldığını və pprosesin noyabrın 1-dən başlana biləcəyini söyləyib.