İran XİN-i xəbəri təsdiqləyib. İran XİN-i xəbəri təsdiqləyib.

Ruhani Trampla görüşü rədd etdi

İran XİN-i xəbəri təsdiqləyib.

İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib.

AzNews.az bu barədə "Trend"ə istinadən bildirir ki, bunu iranlı analitik Mahdi Fazaeli bildirib.

O, bildirib: "ABŞ prezidenti Tramp Ruhanini şəxsi görüşə dəvət edib, lakin bizim prezident imtina edib".

İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi analitikin sözlərini təsdiqləyib.