Son illərin ən güclü terror təhdidi altında olan İngiltərədə baş nazir Tereza Meyə qarşı sui-qəsd planının əngəlləndiyi qeyd edilir. Son illərin ən güclü terror təhdidi altında olan İngiltərədə baş nazir Tereza Meyə qarşı sui-qəsd planının əngəlləndiyi qeyd edilir.

İngiltərənin baş nazirinə sui-qəsd

Son illərin ən güclü terror təhdidi altında olan İngiltərədə baş nazir Tereza Meyə qarşı sui-qəsd planının əngəlləndiyi qeyd edilir.

AzNews.az xəbər verir ki, İngiltərənin "Sky" xəbər kanalı baş nazir Tereza Meyin bombalı hücumla öldürülməsi planının əngəlləndiyini bildirib. Xəbərə görə, keçən həftə polis Londondakı baş nazirliyin ofisi olduğu "Downing Street"də gerçəkləşdirilməsi hədəflənən sui-qəsd planını boşa çıxarıb.

Belə ki, təhlükəsizlik qüvvələri binanın qapısını bombalarla partladaraq baş nazir Tereza Meyin hücum etməyi planlayan iki nəfəri həbs ediblər.

20 yaşındakı London sakini Naimur Zəkəriyə Rəhman və 21 yaşındakı Birminqamlı Məhəmməd Aqib Imran bu gün terrorizm ittihamı ilə məhkəməyə çıxarılacaq.