Şəhərin müsəlman əhalisi ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz edir. Şəhərin müsəlman əhalisi ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz edir.

Cümə namazının ardınca Qüdsdə etirazlar başladı - Foto

Şəhərin müsəlman əhalisi ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz edir.

Qüdsdə yerləşən Əl-Əksə məscidində qılınan cümə namazının ardından ABŞ prezidenti Donald Trampa etirazını bildirən minlərlə mömin Şam qapısı adlanan meydana toplaşıb. AzNews.az "РИА Новости"-yə istinadən xəbər verir ki, dini ayinin ardınca meydana toplaşan etirazçılardan biri məscidin qapısına üzərində " Sizi müsəlman ordusuna qoşulmağa çağırırıq. Qüds-Xlafətin paytaxtıdır" yazılmış bayraq asıb.

Etirazçılar aksiyada Fələstin bayraqlarını qaldırıb və nümayişləri davam etdirəcəklərini bildiriblər. Məscidin imamı da bu aksiyanı "qəzəb günü"nün başlanğıcı olduğunu deyib. Dünyanın hər yerindən İsrailə etiraz edildiyini bildirən imam Qüdsün müsəlmanların şəhəri olduğunu bildirib.