137 uşaq təcili olaraq Suriyadan təxliyyə edilməlidir - BMT

Birləşmiş Millətlər Təşkilatının uşaqlar üzrə agentliyi Suriya paytaxtı yaxınlığında üsyançıların nəzarəti altındakı şəhərdən 137 xəstə uşağın təcili təxliyyəsinə çağırış edib.

AzNews.az xəbər verir ki, noyabrın sonu Şərqi Quta ərazisinə baş çəkən UNICEF öz bəyanatında bildirib ki, təşkilatın yardım əməkdaşları ərazidə səhiyyə ilə bağlı vəziyyəti 2011-ci ildə böhranın başladığı zamandan etibarən ən acınacaqlı səviyyədə olduğunu bildirir.

400 min insan yaşadığı Şərqi Quta şəhər kənarı ərazisi 2013-cü ildən bəri qida və tibbi ləvazimat təchizatından məhrumdur. Hava hücumları xəstəxanaları və bütövlükdə ərazinidəki binaları məhv edib. Bu isə aclığın və xəstəliyin yayılmasına səbəb olub.

UNICEF bildirir ki, artıq beş uşaq tibbi diqqətin olmaması səbəbindən ölüb.